Norveç hökuməti dörd yeni layihə üçün 967 milyon krona qədər (təxminən 87,5 milyon dollar) vəsait ayırmaq qərarına gəlib. Onlar istehsal gücünü artırmağa yönəlib.
Qaziler.az bildirir ki, bu barədə RBC-Ukrayna Norveç Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat yayıb.
“Biz Ukrayna üçün avadanlıq hazırlayan Norveç müdafiə şirkətlərinə innovasiya dəstəyini artıracağıq. Nammo-nun raket mühərrikləri üçün yeni istehsal xətti yaratmaq planlarını dəstəkləyəcəyik. Norveçin partlayıcı maddələr istehsal zəncirini gücləndirəcəyik. Həmçinin Norveçdə hərbi partlayıcı maddələrin istehsalı üçün yeni zavodun yaradılması imkanlarını araşdıracağıq. ”, - müdafiə naziri Byorn Arild Qram bildirib.
QAZİLER.AZ