İsrailin Livandakı əməliyyatı noyabrın 5-nə qədər bitməyəcək - “Financial Times”

İsrailin Livandakı əməliyyatı noyabrın 5-nə qədər bitməyəcək -  “Financial Times” backend

İsrailin Livanda genişlənən hərbi əməliyyatı çətin ki, ABŞ-da noyabrın 5-nə təyin edilmiş prezident seçkilərinə qədər bitsin.

Qaziler.az xəbər verir ki, bu barədə Qərb rəsmilərinə istinadən “Financial Times” (FT) yazıb.

"İki həftə əvvəl israillilər bir neçə həftə ərzində məhdud quru əməliyyatlarından  danışırdılar, lakin bu iki həftə uzanır. Hazırkı vəziyyət İsrailin ABŞ seçkilərinə qədər dayanacağına dair təsəvvür yaratmır", - Qərb rəsmilərindən biri deyib.

“Biz onların (israillilərin) dayanmasını və artıq böyük ölçüdə razılaşdırılmış siyasi plana razılıq vermələrini istəyirik. Lakin görünür ki, hərbi baxımdan uğur qazanaraq, davam edəcəklər”, - Qərb mənbəsi  əlavə edib.

Nəşr qeyd edir ki, İsrailin siyasi rəhbərliyinin ritorikasının dəyişməsi və əhalinin sərhədyanı rayonlardan təxliyəsinin miqyası Qərbdə İsrail əməliyyatının tezliklə başa çatması ilə bağlı şübhələri artırır.

QAZİLER.AZ

Diaspora