Qəzza zolağı tarixdə ən çox amputasiya olunmuş uşaq sayına malikdir.
Qaziler.az bildirir ki, bunu BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisinin Maliyyələşdirmə və Tərəfdaşlıq Departamentinin direktoru Liza Douten deyib.
“Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin məlumatına görə, hər gün 10 uşaq bir və ya hər iki ayağını itirir. Qəzza yaxın tarixdə ən çox uşağın amputasiya edildiyi yerə çevrilib”, - Liza Douten Qəzza zolağında humanitar vəziyyətlə bağlı BMT Təhlükəsizlik Şurasının iclasında bildirib.
Bundan əlavə, departamentin nümayəndəsi Qəzza zolağında qadınların sayının azaldığına və ölüm riskinin üç dəfə yüksək olduğuna diqqət çəkib.
QAZİLER.AZ