Moskva Dövlət Universitetinin nəzdindəki institut karantinə alınıb

Moskva Dövlət Universitetinin nəzdindəki institut  karantinə alınıb backend

Moskva Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Asiya və Afrika Araşdırmaları İnstitutu qızılca xəstəliyinin yayılması ilə əlaqədar karantinə alınıb.

Qaziler.az xəbər verir ki, bu barədə “Diqqət, Moskva” teleqram kanalı təhsil müəssisəsinin dekanlığına istinadən məlumat yayıb.

Qeyd olunub ki, tələbələr oktyabrın 4-dən distant təhsilə keçirilib.

Telekanalın məlumatına görə, universitetdə bütün tədris prosesi oktyabrın 18-dək onlayn rejimdə aparılacaq. Müəlliflər yazır ki, Şərqşünaslıq İnstitutunun rəhbərliyi tələbələrə hələ peyvənd olunmayıblarsa, peyvənd etməyi tövsiyyə edib.

QAZİLER.AZ

Diaspora