Çin Birləşmiş Ştatların üç müdafiə müəssisəsi və onların rəhbərlərinə qarşı sanksiya tətbiq edib.
Qaziler.az bildirir ki, bu barədə məlumat Çin Xarici İşlər Nazirliyinin saytında yayımlanıb.
Səbəb kimi amerikalıların Taypeyə hərbi yardım göstərməsi qeyd edilib ki, bu da Pekinin daxili işlərinə müdaxilə kimi qiymətləndirilib.
“ABŞ bu yaxınlarda Tayvana böyük hərbi yardım elan etdiyini, bunun "bir Çin" prinsipini və üç Çin-ABŞ birgə kommünikesini kobud şəkildə pozduğunu, Çinin daxili işlərinə ciddi şəkildə müdaxilə etdiyini və Çinin suverenliyinə və ərazi bütövlüyünə zərər verdiyini bildirib”, - məlumatda qeyd olunub.
Departamentin məlumatına görə, “Edge Autonomy Operations LLC”, “Huntington Ingalls Industries Inc.”, “Skydio Inc” şirkətlərinə məhdudiyyətlər tətbiq edilib. Onların Çindəki bütün əmlaklarının dondurulduğu, Çinin hüquqi və fiziki şəxslərinin onlarla hər hansı fəaliyyət göstərməsinin qadağan edildiyi qeyd edilir.
QAZİLER.AZ