Amerikalı politoloq Mixail Sinelnikov-Orişak Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd Donald Trampın demokratları təmsil edən Kamalə Harrislə yeni debatlardan imtina etməsini şərh edib. Ekspert bu hərəkəti “praqmatizm və səhv etmək istəməmək” kimi qiymətləndirib.
Qaziler.az xəbər verir ki, o bu barədə “Ridus” ilə söhbətində danışıb.
O xatırladıb ki, debatların ilk raundu Trampın Harrisi natiq kimi qiymətləndirmədiyini göstərib.
“Prokuror kimi kifayət qədər uğurla işləyən Harrisin əvvəlki yolunu unutmaq olmaz. Danışa bilməyən insanlar adətən belə vəzifələr tutmurlar, çünki onlar yüksək maaşlı hüquqşünaslarla rəqabət aparmalı olurlar”, - politoloq qeyd edib.
O əlavə edib ki, finiş xəttində Tramp xal qazanmaq üçün əlində olanı itirməmək nöqtəsindən irəliləyir.
QAZİLER.AZ