İŞİD İraqın qədim kitabxanasını partlatdı

İŞİD İraqın qədim kitabxanasını partlatdı backend

Ekstremist İŞID qruplaşmasının döyüşçüləri Bağdadın şimal – qərbində yerləşən, İraqın ikinci böyük şəhəri olan Mosuldakı mərkəzi kitabxananı partladıblar. Kitabxanada olan on minə qədər qədim kitab ekstremistlər tərəfindən yandırılıb. Qazilər.az saytı TASS –a istinadən belə xəbər verir.

Mosul kitabxanasının direktoru Qanem ət – Taanın bildirdiyinə görə partlayış güclü alova çevrilərək bütün üçmərtəbəli binanı bürüyüb. İŞID döyüşçüləri ölkədə ən qədim hesab olunan kitabxananın həyətində kitablardan və əlyazmalarından tonqal qalayıblar.

Təxminən on minə qədər külliyyat yandırılıb ki, onların içərisində mədəniyyətə, fəlsəfəyə, ərəb tarixinə aid nadir nüsxələr var.
Diaspora