Güclü yağışlar Saxara səhrasında daşqına səbəb olub.
Qaziler.az xəbər verir ki, bu barədə “İndependent” məlumat yayıb.
Təbii fəlakətdən ən çox zərər çəkən ərazilər Mərakeşin cənub-şərqi olub. Qumlar və vahələrdən keçən su fermerlərin əkinlərinə və binalarına ziyan vurub. Bəzi yerli sakinləri xilas etmək mümkün olmayıb. Təbii fəlakətdən ən çox zərər çəkən Tata şəhəri olub. Belə ki, son iki gündə şəhərə düşən yağışın miqdarı orta illik yağıntının miqdarından çox olub. Mərakeşin Baş Meteorologiya Departamenti qeyd edib ki, qısa müddətdə yağan yağış on illiklər ərzində düşməyib.
Sentyabrın ortalarında Saxara səhrasının böyük hissəsinə anomal güclü və geniş əraziyə yayılmış yağışlar yağıb. Alimlər hələlik iqlim dəyişikliyinin səbəbini deyə bilmirlər, lakin onlar bunun Atlantik okeanında qasırğa mövsümü ilə əlaqəli ola biləcəyindən şübhələnirlər. Alimlər qeyd ediblər ki, okeanların istiləşməsi və musson yağışlarının 2100-cü ilə qədər Şimali Afrikaya keçməsi səbəbindən gələcəkdə Saxara daha da yağışlı bölgəyə çevrilə bilər.
QAZİLER.AZ