Rusiyada 30-a yaxın məktəb karantinə bağlanıb

Rusiyada 30-a yaxın məktəb karantinə bağlanıb backend

Yekaterinburqda 29 məktəbin direktoru karantin üçün müəssisələri bağlamaq qərarına gəlib.

Qaziler.az xəbər verir ki, bu barədə REN TV məlumat yayıb. Buna səbəb pnevmoniya və kəskin respirator infeksiyaların alovlanması olub. Belə ki, tələbələr distant təhsil alacaqlar.

Daha 139 təhsil müəssisəsi şagirdlərin sağlamlığına diqqətlə nəzarət edir. Belə ki, bütün kütləvi tədbirlər ləğv edilib. Qeyd olunub ki, son bir həftə ərzində Sverdlovsk vilayətində 34,9 min, Yekaterinburqda isə 16,9 min kəskin respirator infeksiyaya yoluxma halı qeydə alınıb.

“Hər bir məktəb üçün fərdi qərar verilir və uşaqlar tezliklə oktyabrın 28-dən noyabrın 5-dək tətilə çıxacaqlar”, - meriyanın məlumatında qeyd olunub.

QAZİLER.AZ

Diaspora