Livandan İsrailə 90-a yaxın raket atılıb.
Qaziler.az xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.
Hərbçilərin məlumatına görə, Yuxarı və Qərbi Qalileydəki yerləşən ərazilər, eləcə də Təl-Əvivin nəzarətində olan Qolan təpələrinin cənub hissəsi hücuma məruz qalıb.
"Yuxarı Qaliley, Qərbi Qaliley və cənubdakı Qolan yüksəklikləridəki ərazilər saat 16:41-16:49 arasında səslənən sirenlərdən sonra Livan ərazisindən İsrailə təxminən 90 mərminin atıldığı qeydə alınıb. Mərmilərin bəzilərinin İsrail Hərbi Hava Qüvvələri tərəfindən zərərsizləşdirilib, bəziləri isə düşüb”, - məlumatda qeyd edilib.
QAZİLER.AZ