Zaxarovadan çağırış: "ABŞ-ni və NATO üzvlərini açıq şəkildə xəbərdar edirik"

Zaxarovadan çağırış:  "ABŞ-ni və NATO üzvlərini açıq şəkildə xəbərdar edirik" backend

Dünyada nüvə təhlükəsinin səviyyəsi əhəmiyyətli dərəcədə artıb. Moskva Vaşinqtonu və onun müttəfiqlərini nüvə gücləri arasında birbaşa hərbi münaqişənin mümkün fəlakətli nəticələri barədə düşünməyə çağırır.

Qaziler.az RİA “Novosti”yə istinadla xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib. Onun sözlərinə görə, Qərbin dağıdıcı siyasəti nəticəsində təhlükənin səviyyəsi artır.

“Qeyd edirik ki, hazırda hərəkətləri nüvə dövlətləri arasında birbaşa hərbi toqquşmaya səbəb ola biləcək Qərbin dağıdıcı siyasəti nəticəsində nüvə təhlükəsinin səviyyəsi ciddi şəkildə artıb. Biz bu barədə həm ABŞ-ni, həm də Amerika kanalını izləyən digər NATO üzvlərini açıq şəkildə xəbərdar edirik”, - Zaxarova bildirib.

QAZİLER.AZ

Diaspora