Ukrayna prezidenti Volodimir Zelenski Xorvatiyada keçirilən Ukrayna-Cənub-Şərqi Avropa sammitində deyib ki, Kiyev iyul ayından etibarən “sülh formulunun” layihəsini hazırlayır.
Qaziler.az “NEWS.ru”ya istinadla xəbər verir ki, bu barədə məlumat Ukrayna prezident ofisinin saytında yayımlanıb.
Siyasətçi əlavə edib ki, sənəd noyabrda tam hazır olacaq.
İyul ayından biz “sülh formulu” üzərində işləyirik. Noyabrda isə hər şey hazır olacaq. Müharibəyə ədalətli son qoyulmasını şərtləndirən bütün şərtlərlə...”, - Zelenski aydınlıq gətirib.
Ukrayna lideri münaqişənin yaxın gələcəkdə həlli üçün “real şansın” olduğu fikrini də bildirib. Onun sözlərinə görə, münaqişənin sonu bu ilin axırına qədər baş verə bilər və belə olmalıdır.
QAZİLER.AZ