Rusiya təyyarəsi vurulub? - EHTİMAL ARTIR

Rusiya təyyarəsi vurulub? - EHTİMAL ARTIR backend

Rusiya Federasiyasının “Koqalımavia” aviaşirkəti Misirin Sinay yarımadasında “A321” sərnişin təyyarəsinin qəzaya uğraması ilə bağlı rəyini açıqlayıb.


APA-nın RBK-ya istinadən verdiyi məlumata görə, şirkətin baş direktoru Aleksandr Snaqovski bəyan edib ki, təyyarənin havada parçalanmasının yeganə səbəbi kənar təsir ola bilər. O bildirib ki, təyyarə hansısa texniki sistemin nasazlığı üzündən havada parçalana bilməz. A. Snaqovski təyyarənin hər iki mühərrikinin oktyabrın 26-da baroskopik testdən keçirildiyini və heç bir problem aşkarlanmadığını söyləyib: “Təyyarə düşməyə başlayarkən böyük ehtimalla ciddi zədələr alıb”.

Baş direktorum müavini Aleksandr Smirnov təyyarənin havada saatda 300 km-ə qədər sürətini azaltdığını və 1500 metr yüksəkliyə qədər endiyini söyləyib: “Həmin ana qədər təyyarə katastrofik zədələr alıb və idarəolunmaz hala gəlib”.

Rusiya prezidentinin köməkçisi Dmitri Peskov isə deyib ki, hadisə ilə bağlı heç bir versiyanı, o cümlədən terror ehtimalını istisna etmək olmaz.

Xatırladaq ki, oktyabrın 31-də Misirin Şarm-əş-Şeyx şəhərindən Sankt-Peterburqa uçan “Airbus-321” sərnişin təyyarəsi Misirin Sinay yarımadasında yerə düşüb. Nəticədə 224 nəfər ölüb.
Diaspora