Rumıniyanın Rostov-Dondakı baş konsulluğu oktyabrın 14-də fəaliyyətini dayandırır. Bu, Moskvanın Buxarestin qeyri-dost hərəkətlərinə cavabıdır.
Qaziler.az bildirir ki, bu barədə oktyabrın 9-da Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova məlumat verib.
Diplomatın qeyd edib ki, Rumıniya da Rusiyaya Rostov-Dondakı konsulluğunu bağladığı barədə rəsmi məlumat verib.
Bundan əvvəl, iyun ayında Rumıniya Xarici İşlər Nazirliyi Rusiya səfirliyinin 51 əməkdaşından 30 gün ərzində ölkəni tərk etməyi tələb etmişdi.
QAZİLER.AZ