Almaniya yeni IRIS-T hava hücumundan müdafiə sistemlərini Ukraynaya təhvil verib. Söhbət orta mənzilli (SLM) və qısa mənzilli (SLS) zenit-raket sistemlərindən gedir.
Qaziler.az-ın məlumatına görə, bu barədə RBC-Ukrayna Almaniya Müdafiə Nazirliyində Ukrayna məsələləri üzrə xüsusi qərargahın rəhbəri Kristian Froydinqə istinadən bildirir.
Onun sözlərinə görə, keçən həftə Almaniya iki IRIS-T SLS başlatma qurğusu ilə birlikdə IRIS-T SLM batareyasını təqdim edib.
Froydinq əlavə edib ki, bu il Almaniya Ukraynaya daha iki zenit sistemi təhvil verəcək.
Alman generalı həmçinin yüngül zirehli texnikanın və əsas döyüş tanklarının, eləcə də əhəmiyyətli miqdarda artilleriya sursatının çatdırılmasının davam etdiriləcəyini bildirib.
Qeyd edək ki, IRIS-T SLM (orta mənzilli hava hücumundan müdafiə sistemləri) batareyası Almaniyanın təşəbbüsü ilə Norveç tərəfindən birgə maliyyələşdirilib.
QAZİLER.AZ