Almaniya Ukraynaya əlavə 1,4 milyard avro yardım ayırmağı planlaşdırır

Almaniya Ukraynaya əlavə 1,4 milyard avro yardım ayırmağı planlaşdırır backend

Almaniya Müdafiə Nazirliyi Ukraynaya növbəti genişmiqyaslı dəstəyi açıqlayıb.

Qaziler.az RBK-Ukrayna-ya istinadən bildirir ki, Bundestaq 2024-cü il üçün əlavə 400 milyon avronu təsdiqləyib. Bu ümumi dəyəri 1,4 milyard avro olan 50 layihənin həyata keçirilməsinə imkan verəcək.

Bunu Ukrayna üzrə xüsusi qərargahın rəhbəri, general-mayor Kristian Freydinq deyib.

“Almaniya parlamenti bizə təkcə 2024-cü il üçün əlavə 400 milyon avro ayırıb ki, bu da bu il 1,4 milyard avro dəyərində 50 layihə həyata keçirməyə imkan verəcək”.

Freydinq hava hücumundan müdafiə sistemləri, tanklar və artilleriya sursatlarının tədarükünü qeyd edib. O, silah-sursatla bağlı vəziyyətin yaxşılaşdığını da vurğulayıb.

Onun sözlərinə görə, Rusiyanın artilleriya üstünlüyü yazdakı 8:1-dən hazırda 3:1-ə düşüb.

QAZİLER.AZ

Diaspora