Almaniya kansleri Olaf Şolts ABŞ prezidenti Co Baydenin Almaniyaya təxirə salınan səfərinin başqa vaxta keçirilməsini gözlədiyini bildirib. Səfərin dəqiq nə vaxt baş tutacağı hələlik məlum deyil.
Qaziler.az xəbər verir ki, kanslerin bəyanatını Reuters agentliyi yayıb.
Scholz, Bayden ilə görüşün "çox vacib olacağını" və hazırlıqların "hər tərəfdən" getdiyini qeyd edib.
"Bu, tbaşqa vaxta keçiriləcək, amma açıq deməliyəm ki, əgər mənim ölkəmdə belə qasırğalar baş versə, mən də eyni qərarı verərdim", - Almaniya hökumətinin başçısı əlavə edib.
Xatırladaq ki, bu gün, oktyabrın 8-də ABŞ prezidenti Co Baydenin Almaniyaya oktyabrın 10-da baş tutmalı olan səfərini təxirə salmaq qərarına gəldiyi məlum olub. Buna səbəb ABŞ-da tüğyan edən güclü "Milton" qasırğası olub.
QAZİLER.AZ