Bir qrup rusiyalı idmançının Nepaldakı Dhaulagiri dağına qalxmasından sonra sağ qalan yeganə alpinist Valeri Şamalo marşrutu təhlükəli hesab etdiyini və onu tərk etdiyini bildirib.
Qaziler.az bildirir ki, "Ruptly" ilə söhbətində o, digər alpinistlərin onun qərarına anlayışla yanaşdığını bildirib.
"Hamı başa düşürdü ki, risk etmək istəmirəm. Mən də onlara dedim: əgər nəyisə səhv hesab edirsinizsə, çətindirsə, geri qayıdın”, - Şamalo deyib.
İdmançının sözlərinə görə, o, düşərgəyə qayıtdıqdan sonra qrupla daim əlaqə saxlayıb, lakin bazar günü gecəyə yaxın əlaqə kəsilib.
Şamalo hazırda xəstəxanadadır.
Oktyabrın 8-i səhər məlum olub ki, Dhaulagiri dağına qalxmağa cəhd edərkən itkin düşən 5 alpinist ölü tapılıb. Leninqrad vilayəti Alpinizm Federasiyasından verilən məlumata görə, onlar təcrübəli idmançılar olub. Həlak olanların hər biri həyatları boyunca 200-dən çox dırmaşma, o cümlədən yeddi min metrdən çox hündürlüklərə səyahətlər edib.
İnternetdə alpinistlərin ölüm anını əks etdirən görüntülər yayılıb. Qrupa Aleksandr Duşeyko, Oleq Kruqlov, Vladimir Çistikov, Mixail Nosenko və Dmitri Şpilevoy daxil idi.
QAZİLER.AZ