Amerikalı tennisçi Frensis Tiafo Çinin Şanxay şəhərində keçirilən "Masters" seriyalı turnirində rusiyalı Roman Safiullinlə üçüncü raund oyunundan sonra hakimi nalayiq söyüşlərlə söyüb.
Qaziler.az bildirir ki, bu barədə RİA Novosti məlumat yayıb.
Görüş çərşənbə axşamı, oktyabrın 8-də baş tutub və 5:7, 7:5, 7:6 (7:5) hesabı ilə rusiyalının xeyrinə başa çatıb. Son setdə 5:5 hesabı ilə başa çatan tay-breykdə hakim vaxtı gecikdirdiyinə görə Tiafoni birinci təqdimatdan məhrum edilib. Oyundan sonra amerikalı Safiullinin əlini sıxıb, hakimə yaxınlaşaraq onu bir neçə dəfə yüksək səslə söyüb.
Növbəti mərhələdə Safiullin serbiyalı Novak Cokoviçlə qarşılaşacaq. Qarşılaşma oktyabrın 9-da baş tutacaq.
QAZİLER.AZ