Ukraynanın NATO-ya daxil olma ehtimalı yoxdur və bağlı qapılar arxasında bu mövqeyi alyans üzvlərinin əksəriyyəti bölüşür.
Qaziler.az bildirir ki, bu barədə Macarıstanın xarici işlər naziri Peter Siyarto oktyabrın 8-də keçirdiyi mətbuat konfransında bildirib.
Siyarto hesab edir ki, Ukraynanın alyansa qoşulmasına icazə verilməsi qərarı Üçüncü Dünya Müharibəsinə səbəb ola bilər və bu barədə düşünənlər belə bir təhlükə yaratmaq istəmirlər.
Macarıstanın bu məsələ ilə bağlı mövqeyinin aydın və dəyişməz qaldığını qeyd edən siyasətçi NATO-ya üzv ölkələrin də bu məsələni bağlı qapılar arxasında və ya üz-üzə müzakirə edərkən eyni mövqedən çıxış etdiyini bildirib.
QAZİLER.AZ