Şimali Koreya günəş batareyaları ilə işləyən şəhər avtobusunu təqdim edib. İKT.lent.az-ın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Koreya Xalq Demokratik Respublikasının mərkəzi televiziyası məlumat yayıb.
Məlumata görə, bu avtobuslar Sarı dənizin sahilində yerləşən Nampxo şəhərində istehsal edilib və bu şəhərin sərnişinlərinə xidmət göstərəcək. Avtobusun damı tam olaraq hər biri 100 Vatt olan 32 ədəd günəş batareyası ilə örtülüb. Bu günəş batareyaları 50 ədəd elektrik toplayıcısı olan kondensatorlarla birləşdirilib. Elektrik mühərrikini hərəkətə gətirən də məhz budur.Cənubi Koreya televiziyası bildirir ki, günəş batareyalı avtobuslar içərisində 70-140 sərnişinlə saatda 40 kilometrə qədər sürət yığa bilir.
Qeyd edək ki, hazırda Şimali Koreyada daha çox yayılan yerüstü ictimai nəqliyyat növlərindən biri trolleybus və avtobuslar idi. Bunlar uzun illər enerji resurslarının çatışmazlığı səbəbindən əhali üçün böyük çətinliklər yaradıb. Trolleybuslar çox vaxt naqillərin qırılması və ya elektrik enerjisinin təchizatında yaranan fasilələrlə əlaqədar yolun ortasında dayanıb qalmalı olurdular. Avtobuslara isə benzin çatmırdı.
Şimali Koreyada hesab edirlər ki, günəş batareyalarının tətbiqi bütün bu problemləri həll etməyə imkan verəcək