“Hizbullah” Hayfa və ətraf ərazilərinə 100-dən çox raket atıb

“Hizbullah” Hayfa və ətraf ərazilərinə 100-dən çox raket atıb backend

Hayfa və onun şimaldakı ətrafı Livandan güclü atəşə tutulub.

Qaziler.az xəbər verir ki, bu barədə İsrailin “Ynet” portalı məlumat yayıb.

Hava hücumundan müdafiə nəticəsində qurğuların parçaları Kiryat Yam şəhərindəki yaşayış binasının üzərinə düşüb. Polisin bildirdiyinə görə, dağıntılar yaxınlıqdakı Kiryat Moçkinə də düşüb. Məlumata görə, bu, müharibə başlayandan bəri ən güclü atəşdir.

Təcili yardım xidməti bildirir ki, Kiryat Yamda 70 yaşlı qadın atəş zamanı yaralanıb və o, xəstəxanaya göndərilib.

QAZİLER.AZ

Diaspora