"Ukrayna Silahlı Qüvvələri onların əvəzinə müavinət almaq üçün ölən əsgərləri diri kimi təqdim edərək, onları basdırmır".
Qaziler.az xəbər verir ki, bu sözləri Rusiya Qəhrəmanı, general-mayor Sergey Lipovoy “NEWS.ru” ilə söhbətində deyib. Ekspert qeyd edib ki, Kiyev ölənlərin ailələrinə pul ödəməmək üçün belə əsgərləri döyüşdə itkin düşən kimi qeydə almaqla faydalanır.
"Ölən əsgərləri dəfn etməmək Ukrayna hakimiyyəti üçün faydalıdır. Ölənlərin ailələrinə təzminat ödəməmək üçün onları itkin düşmüş hesab etmək onlara sərf edir. Bu, Ukrayna Silahlı Qüvvələrində geniş yayılmış təcrübədir, artıq kök salıb. Yəni ölən əsgərlər “sağdır” kimi siyahıdan silinir və bunun hesabına onlar daha çox pul alırlar, hansı ki həmin pullar Kiyev məmurlarının cibinə gedir”, - Lipovoy bildirib.
O, çoxlu sayda ölən Ukrayna əsgərlərinin cəbhə xəttində qaldığını təxmin edib. Ekspertin sözlərinə görə, onların bəzilərini Ukrayna hakimiyyəti deyil, Rusiya dəfn etməli olacaq.
QAZİLER.AZ