Polşalı milyarder Ziqmunt Solorj övladlarını ZE PAK enerji şirkətinin direktorlar şurasından xaric edib.
Qaziler.az “Bloomberg”ə istinadla yazır ki, bu barədə milyarder vəkilin iştirakı ilə onlayn elan edib.
Qeyd olunub ki, bu qərarın fonunda şirkətin səhmləri 3,3% ucuzlaşaraq, onların dəyəri 2022-ci ildən bəri ən aşağı səviyyəyə yaxınlaşıb.
Agentliyin məlumatına görə, vəziyyət şirkətin səhmlərinə görə ikinci yerdə olan NN Group NV fondunu narahat edib. Onun icraçı direktoru Şimon Ozoqun vurğuladığı kimi, ailədəki ziddiyyətlər ZE PAK-a mənfi təsir göstərir, şirkəti inkişaf etdirmək üçün əlavə resurs və səylər tələb olunur.
“Biz hazırkı vəziyyətdən və ailə münaqişəsindən çox narahatıq”, - deyə Solorj bildirib.
QAZİLER.AZ