Kuba da BRİCS-ə üzv olmaq istəyir

Kuba da BRİCS-ə üzv olmaq istəyir backend

Rusiya hazırda assosiasiyaya sədrlik etdiyi üçün Kuba BRİCS-ə qoşulmaq istəyi ilə bağlı Rusiya Federasiyasına rəsmi müraciət edib.

Qaziler.az “NEWS.ru”ya istinadla xəbər verir ki, bu barədə Kuba Xarici İşlər Nazirliyinin ikitərəfli məsələlər üzrə baş direktoru Karlos Pereyranın Rusiya lideri Vladimir Putinə göndərdiyi məktubda bildirilib.

“Kuba qlobal geosiyasətdə əsas oyunçu kimi mövqeyini möhkəmləndirən və Qlobal Cənubun ümidini gücləndirən qruplaşmanın müvəqqəti sədri vəzifəsini icra edən Rusiya prezidenti Vladimir Putinə məktubunda rəsmi olaraq BRICS-ə “tərəfdaş ölkə” kimi daxil edilməsini xahiş edib”, - məktubda qeyd edilib.

Qeyd edək ki, assosiasiya 2006-cı ilin iyununda yaradılıb. Hazırda BRİCS-ə Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrikadan başqa İran, BƏƏ, Misir və Efiopiya da daxildir. 2025-ci il yanvarın 1-dən isə Səudiyyə Ərəbistanı bloka rəsmən üzv olacaq.

 QAZİLER.AZ

Diaspora