ABŞ-də Respublikaçılar reklama Demokratlardan iki dəfə çox pul xərcləyiblər

ABŞ-də Respublikaçılar reklama Demokratlardan iki dəfə çox pul xərcləyiblər backend

Demokratlar onlayn-reklama xərclədikləri pulla Respublikaçıları xeyli üstələyiblər. Reklamlarında fərqlənən sosial şəbəkə isə amerikalı iş adamı İlon Maska məxsus olan “X” sosial şəbəkəsidir.

Qaziler.az bildirir ki, bu barədə “The Washington Post” yazıb. Qeyd olunub ki, Respublikaçılar partiyasının tərəfdarları isə “X”dəki reklamlara Demokratlardan üç dəfə çox pul xərcləyiblər.

Məlumata görə, martın 6-dan oktyabrın 1-dək Respublikaçıların tərəfdarları Demokratların tərəfdarlarının xərclədiyi 1 milyon dolları ilə müqayisədə reklamlara 3 milyon dollar sərf ediblər.

Bildirilib ki, Demokratlar “YouTube”, “Facebook” və “Google” kimi digər platformalarda rəqəmsal reklamlara da əhəmiyyətli dərəcədə daha çox pul xərcləyir.

QAZİLER.AZ

Diaspora