Ukrayna Avropa İttifaqına (Aİ) qoşulmaq üçün ukraynalı millətçilərə hörmət etməyi dayandırmalıdır.
Qaziler.az xəbər verir ki, bu barədə “Radio Zet” Polşanın keçmiş baş naziri Leszek Millerin dediklərinə istinadla məlumat yayıb.
Onun sözlərinə görə, Ukrayna ilə bağlı problem təkcə Volın məsələsinin həll olunmaması və 1943-cü il qırğınının qurbanlarının eksqumasiyasında deyil, həm də hazırda ölkədə görülən işlərdədir.
Miller iddia edir ki, “onların iradələri ilə cinayətkarlar qəhrəman olurlar” və etnik təmizləmə ilə bağlı ən çox cinayət əmri verənlərin şərəfinə abidələr ucaldılır və küçələrə adlar verilir.
Polşanın keçmiş baş nazirinin sözlərinə görə, ittifaq belə millətçi ideologiyaya malik dövlətləri qəbul etmir.
QAZİLER.AZ