Ukrayna prezidenti Volodimir Zelenski axşam müraciətində bildirib ki, onun “qələbə planı” əvvəlcə ölkənin bütün tərəfdaşlarına təqdim olunacaq, təkmilləşdiriləcək, sonra isə ictimaiyyətə açıqlanacaq.
Qaziler.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
"Tərəfdaşlarımızın bütün mövqelərini, Ukrayna üçün bütün real imkanları başa düşərək, qələbə planımızı gücləndirərək, gələcək fəaliyyət strategiyamızı ictimaiyyətə açıqlayacağıq", - Ukrayna lideri deyib.
Onun sözlərinə görə, perspektiv ölkədə hər kəsə aydın olmalıdır.
QAZİLER.AZ