Ərdoğan danışdı: “Millətim sağolsun!“

Ərdoğan danışdı: “Millətim sağolsun!“ backend

Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan ötən gün ölkəsində baş tutan parlament seçkiləri ilə bağlı fikirlərini açıqlayıb.


Lent.az-ın Türkiyə mediasına istinadən xəbərinə görə, bu gün sübh namazından sonra jurnalistlərin suallarını cavablandıran Ərdoğan deyib ki, xalq siyasi sabitliyi seçib: “Başqa seçim də yox idi. Seçkilərin nəticələrinin ölkəmiz və millətimiz üçün xeyirli olmasını diləyirəm. Bir olaq, diri olaq, hamımız birlikdə Türkiyə olaq. Üzərimizdə oynanan oyuna cavab verməliyik. Millətimə təşəkkür edirəm. Seçkilərdə demokratiyanın nə olduğunu gördük. Dünya mətbuatı bizim ölkə ilə maraqlandığı qədər öz ölkələri ilə maraqlanmır. Hazırda bir partiya 50 faizlə iqtidar olub. Buna bütün dünyanın hörmət etməsi lazımdır. Şükürlər olsun, çox yaxşı seçki keçdi. Çox qısa zamanda nəticələr dəqiqləşdi. Millətim sağ olsun, var olsun!”.
Diaspora