ABŞ-də təhlükəli Milton qasırğası ilə bağlı xəbərdarlıq edilib

ABŞ-də təhlükəli Milton qasırğası ilə bağlı xəbərdarlıq edilib backend

Meksikanın Yukatan yarımadasına və ABŞ-nin Florida ştatının sahillərinə doğru hərəkət edən Milton qasırğası güclənərək ən təhlükəli beşinci kateqoriyaya yüksəlib.

Qaziler.az “Gazeta.ru”ya istinadla bildirir ki, bu barədə ABŞ Milli Qasırğa Mərkəzi (NHC) məlumat yayıb.

Mütəxəssislərin fikrincə, küləyin maksimal sürəti hazırda saatda 250 kilometrdir və qasırğa saatda 14,5 kilometr sürətlə cənub-şərq istiqamətində hərəkət edir.

Qasırğanın yaxınlaşması ilə əlaqədar Florida ştatında fövqəladə vəziyyət elan edilib.

Qasırğanın oktyabrın 9-da Floridanın qərb sahillərinə çatacağı gözlənilir.

Hətta oktyabrın 7-də NASA və “SpaceX” yaxınlaşan Milton qasırğası ilə əlaqədar oktyabrın 10-na planlaşdırılan “Europa Clipper” kosmik gəmisinin buraxılışını təxirə salmaq qərarına gəlib.

QAZİLER.AZ

Diaspora