Slovakiyanın Baş naziri Robert Fitso Aİ siyasətçilərini "yerində oturtmaq" üçün Brüsselə raket atmağı təklif edib.
Qaziler.az xəbər verir ki, müvafiq video SMER “YouTube” kanalında yayımlanıb.
Slovakiyanın hökumət başçısı avropalı siyasətçilərin Kiyevə Rusiyanın dərinliklərinə uzaqmənzilli silahlarla zərbələr endirmək üçün icazə vermək tələbini belə şərh edib.
“Avropa Parlamentinin üzvləri orta və uzaq mənzilli raketlər haqqında yaz mehi kimi rahat danışırlar. Təsəvvür edin ki, belə bir raket Brüsseldəki bir neçə fəvvarəni vura bilərmi? Onlar nə haqda danışdıqlarını başa düşsünlər”, - o deyib.
Qeyd edək ki, daha əvvəl Fitso Qərb ölkələrinin Ukraynadakı münaqişəni davam etdirmək istədiyini bildirmişdi. Onun dediklərinə görə, Qərb Kiyevi “rusları diz çökdürmək” üçün dəstəkləyir.
QAZİLER.AZ