Zaxarova kimyəvi silahlardan istifadə ilə bağlı Kiyevə xəbərdarlıq etdi

Zaxarova kimyəvi silahlardan istifadə ilə bağlı  Kiyevə xəbərdarlıq etdi backend

Rusiya Ukraynanın xüsusi hərbi əməliyyatların aparıldığı bölgədə rus hərbçilərinə və mülki şəxslərə qarşı zəhərli kimyəvi maddələrdən istifadə etməsi faktlarını qeydə almağa davam edəcək.

Qaziler.az “NEWS.ru”ya istinadla xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Kiyevin kimyəvi silahdan istifadə etməsi və onun istifadəsinə hazırlaşması ilə bağlı şərhində bildirib.

Onun sözlərinə görə, günahkarların hamısı cəzalandırılacaq.

Rusiya Federasiyası Kiyev rejiminin silahlı qüvvələri tərəfindən Rusiya hərbi qulluqçularına və mülki şəxslərə qarşı zəhərli kimyəvi maddələrdən istifadə edilməsinə dair məlumatları qeydə almağa, həmçinin Ukrayna yaraqlılarının Donbassda kimya müəssisələrinə qarşı təxribatlar təşkil etmək planları barədə Kimyəvi Silahlar Konvensiyasına üzv dövlətlərin və BMT üzvlərinin diqqətinə çatdırmağa davam edəcək”, - Zaxarova bildirib.

QAZİLER.AZ

Diaspora