Fiziologiya və ya tibb üzrə “Nobel” mükafatı laureatları məlum olub

Fiziologiya və ya tibb üzrə “Nobel” mükafatı laureatları məlum olub backend

Fiziologiya və ya tibb üzrə “Nobel” mükafatı laureatları məlum olub.

Apa “Nobelprize.org”a istinadən xəbər verir ki, Victor Ambros və Gary Ruvkun sözügedən sahə üzrə 2024-cü ilin laureatları elan edilib.

Onlar bu mükafata mikroRNT-nin kəşfi və onun transkripsiyadan sonrakı gen tənzimlənməsindəki rolunun öyrənilməsinə görə layiq görülüblər.

Qeyd edək ki, Viktor Ambors 1953-cü ildə Nyu-Hempşir ştatının Hannover şəhərində anadan olub. MikroRNT-i (miRNT) kəşf edən amerikalı bioloq Massaçusets Universitetinin Tibb Məktəbinin professorudur. Gary Ruvkun isə 1952-ci ildə Kaliforniya ştatının Berkeley şəhərində doğulub. Genetika üzrə professordur. Harvard Tibb Məktəbində çalışır.

Diaspora