Evə üç balası ilə girən ayı bir nəfəri ağır yaralayıb

Evə üç balası ilə girən ayı bir nəfəri ağır yaralayıb backend

ABŞ-ın Kolorado ştatında üç balası ilə evə girən ayı evdə hücum etdiyi bir nəfəri yaralayıb.

Qaziler.az xarici mətbuata istinadən bildirir ki, Kolorado Parkları və Vəhşi Təbiət rəsmiləri, Kolorado ştatının Leyk Siti şəhərində bir evə "qara ayı" növünün girdiyini bildirdilər.

Səlahiyyətlilər qeyd edib ki, ayı 3 balası ilə evə sürgülü qapıdan daxil olub və evdəki bir şəxsə hücum edib.

Səlahiyyətlilər, ayının hücumuna məruz qalan 74 yaşlı kişinin bədəninin müxtəlif nahiyələrindən ağır yaralandığını və xəstənin müalicəsinin ev şəraitində aparıldığını bildirib.

Səlahiyyətlilər hadisə yerinin yaxınlığında tapılan 4 ayının öldürüldüyünü açıqlayıb.

QAZİLER.AZ

Diaspora