İrana tövsiyyə edirəm ki, Tehran yeni hücum cəhdi etmək niyyətində olarsa, İsrail ordusunun Qəzza zolağında və Beyrutda etdiklərinə baxsın.
QAZÌLER AZ Axar.az-a istinadla xəbər verir ki, bunu İsrailin müdafiə naziri Yoav Qallant deyib.
“İranlılar İsrail Hərbi Hava Qüvvələrinin imkanlarına belə toxunmayıblar - heç bir eskadrilya vurulmayıb, heç bir təyyarə zədələnməyib, heç bir uçuş-enmə zolağı sıradan çıxmayıb və əməliyyatlarımızda heç bir maneə yoxdur. İsrailə zərər verməklə hərəkətə keçməyimizə mane olacaqlarını düşünən hər kəs Qəzza və Beyrutdakı əməliyyat nailiyyətlərimizə baxmalıdır”, - Qallant bildirib.