Beynəlxalq Polis Təşkilatının (İnterpol) Baş katibi Yürgen Stok ölkələrin qlobal səviyyədə narkotik ticarəti ilə məşğul olan mafiyaya qarşı mübarizədə uduzmaqda olduqlarını bildirib.
QAZÌLER.AZ Axar.az-a istinaden xəbər verir ki, Y.Stok müsahibəsində cinayətkar qrupların, xüsusilə "transmilli şirkətlər" səviyyəsində güclənən bəzi qruplaşmaların Avropada sabitliyə ciddi təhdid yaratdığını deyib.
Cinayətkar qruplaşmaların əsas gəlir mənbəyinin narkotik ticarəti olduğunu qeyd edən İnterpolun Baş katibi bildirib:
"Avropanın bir sıra limanlarında rekord miqdarda narkotik vasitənin ələ keçirilməsinə baxmayaraq, küçələrdəki qiymət və təklifin dəyişməməsi, qıtlığın yaranmaması vəziyyəti aydın şəkildə izah edir".
O, müsadirə olunan narkotik maddələrin miqdarının qanunsuz dövriyyədəki vasitələrin cəmi 15-20 faizini təşkil etdiyini vurğulayıb.