Ukraynada etibarlı sülh və uzunmüddətli təhlükəsizliyə yalnız beynəlxalq hüquq əsasında təminat verilə bilər və verilməlidir. Bu, ərazilərin güzəşti hesabına olmamalıdır.
QAZÌLER.AZ AZƏRTAC-a istinaden xəbər verir ki, bu fikri Ukrayna Prezidenti Volodimir Zelenski xalqa axşam müraciətində söyləyib.
Prezident qeyd edib ki, yaxın bir neçə gündə Ukraynanın qələbə planı müzakirə olunacaq və bu, Ukraynanın mövqelərini sürətlə gücləndirə bilər. Zelenskinin sözlərinə görə, dünyanın Sülh Formuluna uyğun hərəkət etməyə imkan verəcək gücləndirici resursu var.
“Bu günlərdə komandalarımız arasında siyasi məsləhətləşmələr olacaq: hökumət üzvləri, diplomatlar da “Qələbə planı”nın hərbi bəndlərini müzakirə edəcəklər. Bu, Ukraynanı tez bir zamanda gücləndirə bilər”, - deyə Zelenski əlavə edib.
Zelenski vurğulayıb ki, Ukraynaya sülh və təhlükəsizliyə yalnız Sülh Formulunda göstərildiyi kimi beynəlxalq hüquqa uyğun təminat verilə bilər.
“Məhz bizim məqsədimiz, vəzifəmiz Ukraynada etibarlı sülh və uzunmüddətli təhlükəsizliyi təmin etməkdir”, - deyə Ukrayna Prezidenti vurğulayıb.