“Hizbullah” Livanın cənubundakı sərhəd kəndinə hücum edib.
QAZÌLER.AZ Publika.az-a istinaden xəbər verir ki, qruplaşma İsrailin "elit qüvvələri"ndən 20-dən çox əsgəri öldürdüklərini və yaraladıqlarını açıqlayıb.
Bildirilir ki, İsrailin şimalında, Hayfa yaxınlığında yerləşən Krayot və Kiryat Şimon bölgəsinə raket və artilleriya qurğuları ilə hücum edilib.
Açıqlamada Livanın cənubundakı Marun er-Ras qəsəbəsində də İsrail ordusuna aid hərbi maşın və əsgərlərdən ibarət bir qüvvənin hədəf alındığı qeyd edilib.
Əlavə edilib ki, atışmada İsrail əsgərləri arasında ölən və yaralanan var.