ABŞ Yaxın Şərq regionunda genişmiqyaslı müharibənin qarşısının alınacağını əminliklə deyə bilməz.
QAZÌLER.AZ Axar.az-a istinaden xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Co Bayden Ağ Evdə açıqlamasında deyib.
“Biz çox şey edirik. Əsasən biz Fransanın Livanda gərginliyin azaldılmasında etdiyi kimi, dünyanın digər ölkələrini və müttəfiqlərimizi prosesdə iştiraka sövq etməyə çalışırıq”, - o bildirib.
Eyni zamanda Bayden vurğulayıb ki, İran Hizbullah və Ənsərullah kimi irrasional proksi-qüvvələrə malik olduğundan, heç nə haqqında əminliklə danışmaq olmur.