İsrail onları təcili təxliyəyə çağırdı

İsrail onları təcili təxliyəyə çağırdı backend

İsrailin Müdafiə Ordusu Beyrutun cənub ətrafındakı Burc-əl-Barajne bölgəsindəki bəzi evlərin sakinlərini ərazidə Hizbullah hərəkatının obyektlərinin yerləşdiyi üçün dərhal tərk etməyə çağırıb.

QAZÌLER.AZ  Axar.az-a istinaden xəbər verir ki, bu barədə İsrail ordusunun nümayəndəsi Avihay Adri melumat verib.

"Cənubda şəhərətrafı sakinlər, xüsusən də Burj-əl Barajne rayonundakı xəritədə göstərilən binada olanlar üçün təcili xəbərdarlıq. Siz Hizbullahın obyektlərinə yaxınsınız. Özünüzün və yaxınlarınızın təhlükəsizliyi üçün dərhal bu binadan, ona bitişik evlərdən təxliyə olunmalı və onlardan ən azı 500 metr məsafədə olmalısınız", - paylaşımda deyilir.

Qeyd edək ki, İsrail ordusu analoji çağırışı 3 və 4 oktyabrda da səsləndirib.

 

Diaspora