Stoltenberq NATO-nun Əfqanıstan xalqını aldatdığını ETİRAF EDİB

Stoltenberq NATO-nun Əfqanıstan xalqını aldatdığını ETİRAF EDİB backend

NATO Əfqanıstan xalqına alyansın hərbi qulluqçularının ölkəni yalnız “Taliban” oraya qayıtmaması şərti ilə tərk edəcəyi ilə bağlı verdiyi vədi yerinə yetirə bilmədi.

“Financial Times” xəbər verir ki, bunu NATO-nun keçmiş baş katibi Yens Stoltenberq deyib.

“Mən onlara dedim: “Bizim Əfqanıstanı tərk etməyimiz müəyyən şərtlərə bağlıdır. Biz yalnız əfqanların öz ölkələrini müdafiə edə biləcəyinə və “Taliban”ın geri dönməyəcəyinə əmin olduğumuz zaman ayrılacağıq”, - deyən Stoltenberq  Alyansın verdiyi vədi pozduğunu təsdiqləyib.

Həmçinin nəşrə müsahibəsində Stoltenberq bildirib ki, ABŞ seçkiləri Ukraynadakı münaqişənin həllinə təkan verə bilər. Bundan əlavə, FT ilə söhbətində o, NATO-nun Kiyevə çox yardım etməməsindən təəssüfləndiyini bildirib.

QAZİLER.AZ

Diaspora