Rusiya İsrailə Livanla bağlı ÇAĞIRIŞ ETDİ

Rusiya İsrailə Livanla bağlı ÇAĞIRIŞ ETDİ backend

Livanın bombalanması tamamilə qəbuledilməzdir və İsrail dərhal hücumlarını dayandırmalıdır.

Qaziler.az TASS-a istinadla xəbər verir ki, bu barədə Rusiyanın dünya təşkilatındakı daimi nümayəndəsi Vasili Nebenzya BMT Təhlükəsizlik Şurasının iclasında bildirib.

“Bu, tamamilə qəbuledilməzdir. Onlar zərbəni bir nəfərə vurur, lakin dinc əhalini məhv edirlər. Onların sayı mini keçib, tezliklə minlərlə olacaq”, - diplomat bildirib.

Bundan əvvəl BMT-nin xüsusi məruzəçilərinin bəyanatında deyilirdi ki, İsrailin beynəlxalq hüquqa məhəl qoymaması Livanda zorakılığın artması ilə daha da güclənir.

QAZİLER.AZ

Diaspora