Polşada hərbi çağırışın qaytarılması tələb olunub

Polşada hərbi çağırışın qaytarılması tələb olunub backend

Polşanın hazırkı nəsli Polşanın döyüş hazırlığını qorumaq üçün hərbi əməliyyatlarda iştirak etməli olacaq.

Qaziler.az PAP agentliyinə istinadən xəbər verir ki, bu barədə Polşa Silahlı Qüvvələrinin Baş Qərargahının rəhbəri general Veslav Kukula bildirib.

“Hər şey onu göstərir ki, biz dövlətimizi müdafiə etmək üçün silahla ayaq üstə duracaq nəsillərik. Və mən bu müharibədə uduzacağımızı düşünmürəm”, - general deyib.

Onun sözlərinə görə, Polşada bu cür fəaliyyət üçün silahlı qüvvələr yaratmaq lazımdır. O, kimin haqqında danışdığını qeyd etmədən düşmənin potensialının çox böyük olduğunu əlavə edib.

QAZİLER.AZ

Diaspora