“Telegram”ın yaradıcısı Pavel Durovun böyük qızı 2013-cü ildə messencerin işə salınmasına kömək edib.
Qaziler.az xəbər verir ki, bu barədə sahibkarın özü teleqram kanalında yazıb.
O, paylaşımında uşağı əsl beyin adlandırıb. İş adamının dediyinə görə, qız proqramın necə işə salınması ilə bağlı ona təlimat verib.
Dostlar, o, hər şeyin arxasında duran əsl beyindir”, - Durov teleqram kanalında yazıb.
Messencerin təsisçisi qızı ilə oturan yerdə çəkilən şəklini də paylaşıb. Fotoda sarı saçlı qız və Durovun özü əks olunub.
QAZİLER.AZ