Litva İran İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) terror təşkilatı elan edən ilk Avropa İttifaqı (Aİ) ölkəsi oldu.
"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, Litva Seyminin bu qərarını jurnalistlərə parlamentin Milli təhlükəsizlik və müdafiə komitəsinin sədri Emanuelis Zingeris açıqlayıb.
“Aİ-də bu təşkilatın terrorçu xarakteri ilə bağlı bəyanat verən ilk biz olduq. İndi Daxili İşlər Nazirliyi SEPAH üzvlərinin Litva sərhədini keçməməsini təmin etməlidir", - o bildirib.