BMT-nin Baş katibi Antoniu Quterreş BRİCS-in Rusiyanın Kazan şəhərində keçiriləcək sammitində iştirak edəcək.
APA xəbər verir ki, bu barədə BRICS-in Rusiyadakı İnformasiya ofisinin rəhbəri Vladimir Kuznetsov bildirib.
BRICS-in Kazan sammiti bu il oktyabrın 22-24-də keçiriləcək.
Xatırladaq ki, 2006-cı ildə Braziliya, Rusiya, Hindistan və Çin BRICS qrupunu yaradıb. Dörd il sonra Cənubi Afrika da ona qoşulduqdan sonra, təşkilat BRICS adlanmağa başlayıb. Bu ildən Misir, Efiopiya, İran, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri də təşkilata üzv olub. Azərbaycan BRICS-ə üzvlük üçün rəsmi müraciət edib.
Qeyd edək ki, bir müddət əvvəl Azərbaycan da BRICS-ə üzvlük üçün rəsmi müraciət ünvanlayıb.