CommanderKrieger kimi tanınan alman bloger Andre Kriger efirdə insult keçirib.
Qaziler.az bildirir ki, bu barədə “Bild” yazır.
"CommanderKrieger" yayım zamanı tamaşaçının mesajını oxuya bilməyib və zarafatla deyib ki, yəqin insult keçirib. Hadisə ilə bağlı yayılan videoda 44 yaşlı strimer bildirib ki, o an heç nəyi aydın görə bilməyib. "Görmə qabiliyyətim getdikcə bulanıqlaşdı və mən yalnız çox kiçik bir ərazini görə bildim", - deyib. Sonra Krigerin başı gicəllənməyə başlayıb.
Strimer verilişi dayandıraraq yatmağa gedib. Səhər o, xəstəxanaya gedib və orada həkimlər onun həqiqətən insult keçirdiyini müəyyən ediblər. Krigerin sözlərinə görə, həkim onu da bildirib ki, əgər xəstə adi həyat tərzini davam etdirsə, on ildən çox yaşamayacaq.
CommanderKrieger etiraf edib ki, o, yalnız qazlı içkilər içir və çəkisi 170 kiloqram, boyu iki metrdir. O, əmin edib ki, vərdişlərini daha sağlam olmaq üçün dəyişmək niyyətindədir.
QAZİLER.AZ