Ukrayna Fransa-Almaniya müdafiə qrupu KNDS-dən 12 "Caesar" özüyeriyən artilleriya qurğusu alacaq. Müvafiq müqavilə bir gün əvvəl bağlanıb.
Qaziler.az bildirir ki, bu barədə Fransanın müdafiə naziri Sebastyan Lekornu öz "Tvitter" hesabında məlumat verib.
Kiyevdə keçirilən sənaye forumunda KNDS qrupu Ukraynaya 12 "Caesar" artilleriya qurğusunun tədarükü üçün müqavilə imzalayıb. Təchizatların maliyyələşdirilməsi Ukrayna hesabına həyata keçirilir.
Nazirin sözlərinə görə, saziş Ukraynanın Rusiyanın təcavüzünə qarşı müqavimətində dəstək olmaq məqsədi daşıyan müdafiə sənayesinin istehsal gücünün artırılması səylərinin bir hissəsidir.
QAZİLER.AZ