Türkiyədə seçkilər qurtardıqdan sonra polislə etirazçılar arasında toqquşmalar baş verib. APA TV-nin məlumatına görə, ən güclü iğtişaş Diyarbəkir şəhərində yaşanıb.
Polis küçələrə toplaşan etirazçılara dağılmaq barədə xəbərdarlıq edib. Buna məhəl qoymayan etirazçılar polisə hücum ediblər. Təhlükəsizlik qüvvələri daş atan nümayişçilərə bibər qazı ilə müdaxilə etmək məcburiyyətində qalıb.Etirazların davamı Xalqların Demokratik Partiyasının (HDP) Diyarbəkir nümayəndəliyinin qarşısında baş tutub.
Şanlıurfa şəhərinin Siverek rayonunda da seçkinin nəticələri açıqlandıqdan sonra şəhərin bir çox nöqtəsindən silah səsləri eşidilib. Silahlı insident nəticəsində bir nəfər qolundan yaralanıb.