Litvada teleaparıcı və bloger rus dilində filmlərə baxanların öldürülməsinə çağırış edib.
Litva prokurorluğu litvalı teleaparıcı və bloger Algis Ramanauskasın rus filmlərinə baxanlara və bu dildə musiqilərə qulaq asanların öldürülməsinə dair çağırışlarına görə məhkəməyə qədər istintaqa başlayıb.
Qaziler.az bildirir ki, bu barədə oktyabrın 3-də yerli LTR nəşri rayon prokurorluğunun bəyanatına istinadən yazıb.
“Bir qrup şəxsin və ya ayrı-ayrı şəxslərin milliyyəti və dili ilə bağlı fiziki zorakılığa çağırışlarla bağlı maddələr üzrə araşdırma başlanıb”, - deyə məlumatda bildirilir.
QAZİLER.AZ